VERƏRSƏN ÖZÜMƏ
25

Molla Nəsrəddin eşşəyini şəhər bazarında satıb kəndə piyada qayıtmalı olur. Yolun uzaqlığı və qaranlığın düşməsi Mollanı büsbütün çaşdırır. O, bir də görür ki, yaşadığı kəndin kəndxudası atını karvansaradan çıxarıb evinə getməyə hazırlaşır. Molla ona yaxınlaşıb deyir:

─ Ay kəndxuda, zəhmət olmasa, mənim bu əbamı da al tərkinə, apar kəndə.

─ Özün niyə aparmırsan, a Molla?

─ Mən piyadayam.

─ Yaxşı, aparıb kənddə kimə verim?

─ Özümə.

─ Özünü hardan tapım?

─ Elə mən özüm də əbanın içində sənin tərkində olacağam da! Orada düşəndə verərsən özümə.

LƏTİFƏLƏR