ACINDAN ÖLƏR
25

Bir gün Molla Nəsrəddin kəndin kənarında bir cütçü ilə söhbət edərkən xan onların yanından keçir. Mollaya ağızucu salam verir, cütçünün heç üzünə də baxmır. Bunu görən Molla xana yaxınlaşıb deyir:

─ Xan sağ olsun, bir sualım var, icazə ver soruşum.

─ Soruş görək, Molla!

─ Sən o cütçüyə niyə salam vermədin?

─ Niyə gərək mən ona salam verəydim? O, mənə salam versin.

─ Yox, xan, sən gərək ona salam verəydin.

─ Səbəb?

─ Çünki o cütçüdür.

─ Nə olsun? O cütçüdür, mən də xanam. Xan böyükdür, ya cütçü?

─ Əlbəttə cütçü.

─ Niyə?

─ Çünki cütçü taxıl verməsə, sənin kimi xanlar acından ölər.

 

LƏTİFƏLƏR