HƏDDİ YOX, HESABI YOX
25

Xana saray adamlarının bir neçəsinin dəli olduğunu xəbər verirlər. Xan Mollanı çağırtdırıb əmr verir ki, saraydakı dəlilərin neçə nəfər və kimlərdən ibarət olduğu haqqında məlumat versin. Molla bu əmri alıb bir qədər fikirləşdikdən sonra deyir:

─ Xan sağ olsun, siz saraydakı ağıllıların neçə nəfər olduğu barədə məlumat verməyi mənə tapşırın; çünki belələri azdır və tez də saymaq olar. Dəliləri mən hardan saya bilərəm? Həddi yox, hesabı yox.

 

LƏTİFƏLƏR